MKT İstehsalat Kommersiya (MKT Cotton)

Daxili nəzarət üzrə mütəxəssis

Bakı, Azərbaycan

26.12.22


Qeyd

  • Regionlarda yerləşən müəssisələrdə və baş ofisin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
  • Cəmiyyətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi;
  • Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərinin tələblərinə uyğunluğunu və yayınmalarını qiymətləndirilməsi;
  • Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
  • Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
  • Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələrin araşdırılması;
  • Müvafiq mövzuda təkliflərin təqdim edilməsi, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak etməsi;
  • Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsi.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Daxili nəzarət üzrə mütəxəssis- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.12.22


"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar